Azərbaycan Ceyhan limanından neftin nəqlini 1,5% artırıb

Azərbaycan Ceyhan limanından neftin nəqlini 1,5% artırıb
# 08 aprel 2014 06:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cari ilin mart ayı ərzində 2 399 925 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

Bu həcmin 1 702 356 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən cari ilin aprel ayının 1-ə qədər Ceyhan limanından 240 005 413 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR