Bakıda Sığorta Agentlərinin Milli Forumu keçiriləcək

Bakıda Sığorta Agentlərinin Milli Forumu keçiriləcək
# 26 noyabr 2013 12:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 11-də Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə Sığorta Agentlərinin II Milli Forumu keçiriləcək.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, forumda 200-250 sığorta agentinin, o cümlədən hüquqi şəxs kimi fəaliyyət göstərən sığorta agentlərinin iştirakı nəzərdə tutulub.

Forumda Maliyyə Nazirliyi, ASA, İcbari Sığorta Bürosu, eləcə də sığorta şirkətləri və agentlərinin nümayəndələrinin çıxışları və təqdimatları nəzərdə tutulub. Forumun əsas mövzusu 2014-cü ildə Azərbaycan sığorta bazarında və sığorta agentlərinin fəaliyyətində baş verəcək keyfiyyət dəyişiklikləri ilə bağlı olacaq. Bura agentlərin özlərinin səviyyəsinin yüksəldilməsi, maarifləndirilməsi, satış texnologiya və satış texnikalarının təkmilləşdirilməsi, daha keyfiyyətli satış üsullarından istifadə olunması və s. aiddir.

Bundan başqa, agentlər tərəfindən baş verən bəzi mənfi halların, o cümlədən dələduzluq halları da Forumda müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR