İran prezidenti sanksiyaların ölkə iqtisadiyyatına təsirlərini açıqlayıb

İran prezidenti sanksiyaların ölkə iqtisadiyyatına təsirlərini açıqlayıb
# 09 dekabr 2013 09:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə fəaliyyətləri dinc məqsədlidir və belə də qalacaq. Biz öz nüvə haqqımızdan, o cümlədən uranın zənginləşdirilməsi hüququmuzdan vaz keçməyəcəyik”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Həsən Ruhani dekabrın 8-də Çin prezidentinin xüsusi nümayəndəsi Yanq Jiye Çi ilə görüşündə səsləndirib.

İran prezidenti 2014-cü ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edərkən beynəlxalq sanksiyalara da toxunub. H.Ruhani bildirib ki, sanksiyalar ölkə iqtisadiyyatına əsasən 4 istiqamətdə təsir göstərib: “Belə ki, sanksiyalar səbəbindən gələcəyi indidən proqnozlaşdırmaq mümkün olmur. Bundan əlavə, sanksiyalar daha çox ölkədə “qara bazar”ın inkişafına yol açıb, bank əməliyyatlarını məhdudlaşdırıb və neft satışının qarşısını alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR