Qvatemalada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb

Qvatemalada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb
# 06 oktyabr 2015 02:06 (UTC +04:00)

Bakı-APA. Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb, 300-dən çox insan itkin düşmüş hesab olunur.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, təbii fəlakət zonasında yüzlərlə xilasedici və 100-ə yaxın ekskavator işləyir.

Bölgədə davam edən yağışlar xilasedicilərin işini xeyli çətinləşdirir. Son iki gün ərzində qəsəbədə daha iki xırda torpaq sürüşməsi qeydə alınıb.

Qeyd edək ki, Qvatemalada 3 günlük matəm elan edilib. Ölkə hökuməti sağ qalan qəsəbə sakinlərini təhlükəsiz əraziyə köçürmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR