Xocalı soyqırımı qurbanlarının xatirəsinə Torontoda əkilmiş ağac və xatirə lövhəsinin açılışı olub - FOTO

Xocalı soyqırımı qurbanlarının xatirəsinə Torontoda əkilmiş ağac və xatirə lövhəsinin açılışı olub - <span style="color: red;">FOTO
# 03 fevral 2014 16:30 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Toronto və Vaterlo Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Torontoda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

İlk olaraq Torontonun mərkəzi parklarından biri olan Harbour Square Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında toplantı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilib. Çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ağacın Kanadada Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edən ilk abidə olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi dəyərləndirib.

Səfir Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb. O, Xocalı hadisələrinin yad edilməsinin təkcə keçmiş deyil, həmin qırğınları törətmiş və bu gün Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı olduğunu vurğulayıb.

Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundov da Xocalı soyqırımını yad edən abidənin Torontonun mərkəzi parklarından birində yaradılmasını böyük uğur kimi qiymətləndirib.

Daha sonra tədbir Westin mehmanxanasında Xocalı soyqırımı qurbanlarının anım mərasimi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR