Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb
# 19 dekabr 2013 11:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 416,7 manat təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 548,8 manat, qeyri-neft sektorunda 386,8 manat, dövlət bölməsində 336,6 manat, özəl bölmədə 539,1 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 296,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 342,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR