Kolumbiya millisi Uruqvay yığmasını məğlub edərək DÇ-nin 1/4 finalına vəsiqə qazanıb - FOTO - VİDEO

Kolumbiya millisi Uruqvay yığmasını məğlub edərək DÇ-nin 1/4 finalına vəsiqə qazanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 iyun 2014 00:33 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb.

Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb. Ceyms Rodriqez uzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Ceyms həm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir.

1/8 final


29 iyun


Kolumbiya – Uruqvay - 2:0
Qollar: Ceyms Rodriqez, 28; 50

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR