Azərbaycanda qətl törədən məhkumun cəzası azaldılıb

Azərbaycanda qətl törədən məhkumun cəzası azaldılıb
# 01 may 2015 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinərək məhkum edilən Şəhriyar Əhədovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini qismən təmin edərək, cəzasını 17 ildən 12 ilə endirib.

Qeyd edək ki, Ş. Əhədov münaqişə zəminində tanışı Namiq Ağayevi bıçaqlayaraq qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Əhədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR