Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 19 sentyabr 2015 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Zahid Mahmud oğlu Abdullayevdən 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR