Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir başa çatıb

Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir başa çatıb
# 14 oktyabr 2013 11:10 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 12-13-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “Climbaku” İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması turniri uğurla başa çatıb.

Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışlarda qalib gəlmiş idmançılar diplom və sertifikatlarla mükafatlandırılıblar.

Turnirin nəticələrini belə olub:

Boulderinq mərhələsi üzrə (oğlanlar arasında)

1. Çingiz Tağızadə (“Ekosport”)

2. Babək İbadov (“Ekosport”)

3. Yamil Siraclı (“Şəki AMA”)

Boulderinq mərhələsi üzrə (qızlar arasında)

1. Aysel Sultanova (“Ekosport”)

2. Sima Səfərova (“Qərb Universiteti”)

3. Qaşqay Gülər (“Rockstone”)

Sürət mərhələsi üzrə (oğlanlar arasında)

1. Çingiz Tağızadə (“Ekosport”)

2. Zöhrab Şahbalayev (“İrəli ekstrim”)

3. Babək İbadov (“Ekosport”)

Sürət mərhələsi üzrə (qızlar arasında)

1. Diana Xanina (“Blackstone”)

2. Aysel Sultanova (“Ekosport”)

3. Təranə Aslanova (“Climbclub”)

Qeyd edək ki, uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş dağ idmançısı A. Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnir ilk dəfə 2010-cu ildə FAİREX tərəfindən təşkil edilib və artıq ənənəyə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR