Qənirə Paşayeva Türkiyədə keçirilən “100-cü ilində erməni məsələsi” adlı konfransda çıxış edib - FOTO

Qənirə Paşayeva Türkiyədə keçirilən “100-cü ilində erməni məsələsi” adlı konfransda çıxış edib - <span style="color: red;">FOTO
# 10 aprel 2015 15:40 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Sivas şəhərində Cümhuriyyət Universiteti və Türk Ocaqlarının təşkilatçılığı ilə “100-cü ilində erməni məsələsi” adlı konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırımına məruz qaldığını dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib. Millət vəkili ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı, insanlığa sığmayan cinayət törətdiklərini vurğulayıb.

Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu bildirib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir türk Xocalı Soyqırımı, Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını dünyaya çatdırmaq üçün çalışmalıdır. Qondarma erməni “soyqırımı” iddialarının təbliğinə qarşı birgə mübarizə aparılmalıdır. Bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb: “Biz ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. İnsan haqlarını müdafiə etdiyini deyən beynəlxalq təşkilatlar, dövlətlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxarmır. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni “soyqırımı” yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır”.

Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində “Hocalı Soykırımı tanıkların dilinden” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR