Allahşükür Paşazadə III Qlobal Bakı Forumunun müsəlman iştirakçıları ilə birlikdə cümə namazı qılıb

Allahşükür Paşazadə III Qlobal Bakı Forumunun müsəlman iştirakçıları ilə birlikdə cümə namazı qılıb
# 01 may 2015 14:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. III Qlobal Bakı Forumunun müsəlman iştirakçıları Bakıdakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini, müfti Salman Musayev qonaqları salamlayaraq, nüfuzlu şəxsiyyətlərin Azərbaycana səfərlərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin sabiq prezidenti Abdullah Gül ilə görüşən A. Paşazadə Azərbaycan və Türkiyə dövlətləri, xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm addım sayan şeyxülislam bunu türk-islam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib. A. Gül A. Paşazadə ilə Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və onun iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Görüşün sonunda A. Paşazadə A. Gülə xatirə hədiyyəsi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR