Azərbaycanın 18 yazarının ingiliscə hekayələri toplanmış kitab təqdim edilib - FOTO

Azərbaycanın 18 yazarının ingiliscə hekayələri toplanmış kitab təqdim edilib - <span style="color: red;">FOTO
# 24 iyun 2014 15:42 (UTC +04:00)

Bakı - APA. Bu gün Jurnalist Ekspert Mərkəzinin (JEM) təşkilatçılığı ilə 18 tanınmış yazıçının ingilis dilinə tərcümə olunmuş hekayələrindən ibarət kitabın təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihəsi çərçivəsində hazırlanıb. Tədbirdə kitabda yer alan hekayələrin müəllifləri, deputatlar və media nümayəndələri iştirak edib.

Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova olub. Mətnləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.

JEM sədri Ceyhun Musaoğlu layihənin həyata keçirildiyi ərəfədə mətbuatın verdiyi dəstəkdən razılıq ifadə edib və hər bir həmkarına təşəkkürünü bildirib: “Azərbaycan mətbuatının həmrəyliyi bütün dünyaya nümunə ola biləcək səviyyədədir. Məhz bu həmrəylik cəmiyyətin inkişafında başlıca amildir”.

C.Musaoğlu kitabın səfirliklərə, beynəlxalq təşkilatların nümayəndələrinə paylanacağını, xaricə səfər edəcək QHT nümayəndələrinin də kitabın xaricdə yayımlanmağa yardım edəcəklərini deyib. O bildirib ki, layihənin məqsədi Azərbaycan ədəbiyyatını və yazarlarını dünya səviyyəsində tanınmasına töhfə verməkdir.

Tədbirdə millət vəkilləri Musa Quliyev, Adil Əliyev, professor Cahangir Məmmədli, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, həmçinin kitabda yer alan hekayələrin müəllifləri və digərləri çıxış edərək, kitab haqda öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabda yazıçılardan Əjdər Ol, İlqar Rəsul, Rəşad Məcid, Vüsalə Məmmədova, Şərif Ağayar, Kənan Hacı, Azər Abdulla, Kamran Nəzirli, Afaq Şıxlı, Musa Urud, Səlim Babullaoğlu, Məqsəd Nur, Şahnaz Kamalova, Xalid Kazımlı, Natiq Məmmədli, Qan Turalı, Fəxri Uğurlu və Nicat Qafuroğlunun hekayələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR