Bakı-Şamaxı-Yevlax yolunda qəza baş verib, yaralananlar var

Bakı-Şamaxı-Yevlax yolunda qəza baş verib, yaralananlar var
# 15 oktyabr 2013 01:32 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Oktyabrın 14-də gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 114-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Şamaxıdan Bakı istiqamətində hərəkətdə olan 1950-ci il təvəllüdlü Gülbaba Süleymanova məxsus 56-BA-371 dövlət nömrə nişanlı “VAZ 2103” markalı avtomaşın eyni istiqamətdə hərəkətdə olan 1964-cü il təvəllüdlü Rafael Abbasova məxsus “VAZ 2103” markalı minik maşınına arxa tərəfdən çırpılıb. Nəticədə qarşıdakı maşın yolun kənarındakı su gölməçəsinə düşüb. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR