Bakı. Hafiz Heydərov - APA. Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan daha 5 nəfər Azərbaycanda həbs edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev, Mingəçevir polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulublar.
Qeyd edək ki, DİN ötən gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan daha 8 nəfərin Azərbaycanda tutulması barədə məlumat yayıb.