Türkiyə SOCAR-ın Diyarbəkirdə neft axtarışı aparmaqla bağlı təklifini qəbul etməyib

Türkiyə SOCAR-ın Diyarbəkirdə neft axtarışı aparmaqla bağlı təklifini qəbul etməyib
# 06 iyul 2015 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə törəmə şirkəti olan “SOCAR Turkey Enerji”yə bu ölkənin Diyarbəkir şəhərinin ərazisində neft axtarışı aparmaqla bağlı verdiyi təklifi qəbul olunmayıb.

Bu barədə "APA-Economics" Türkiyənin "Enerji Günlüğü" nəşrinə istinadən xəbər verir.

Neft İşləri üzrə İcraçı Direktorluğunun məlumatına görə, Azərbaycan sərməyəsi olan "SOCAR Turkey Enerji" şirkətinin Diyarbəkirdə neft axtarışları ilə məşğul olmaqla bağlı idarəyə ünvanladığı sənədlər nəticəsiz olub. Amma şirkətin tələbi rəbb edilib.

Bu ərazidə neft axtarışları ilə məşğul olmaq üçün müraciət edən Türkiyənin 5 şirkətinin də sənədlərinə mənfi cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR