Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev II Fəxri xiyabanda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyun 2014 12:50 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, A.Vəliyev ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

* * *

Saat 14:50

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gecə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevlə vida mərasimi keçirilir.

"APA-Economics" xəbər verir ki, mərhumun Bakıda keçirilən yas mərasiminə onun yaxınları, DSK-nın əməkdaşları və hökumət nümayəndələri gəlirlər.

Komitə sədrinin müavini Yusif Yusifov jurnalistlərə bildirib ki, A.Vəliyevin ölümü hamı üçün gözlənilməz olub: "Arif Vəliyev bir il öncə Almaniyada müalicə olunmuşdu. O, çox mərd insan və peşəkar statistik idi. Ömrünün 53 ilini bu işə həsr edib. Bu, Azərbaycan ictimaiyyəti, Dövlət Statistika Komitəsi üçün böyük itkidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR