Qaxda yanğın olub

Qaxda yanğın olub
# 30 iyul 2014 16:41 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin ( FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Qaxbaş kəndində, 43 yaşlı birinci qrup əlil İbadullah Abdullayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 54 k/m olan tövlədə qeydə alınıb.

Hadisə yerinə FHN-in Qax rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardaq hissəsindəki 50 ədəd quru ot bağlaması yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR