Azərbaycanda müharibə mövzusuna həsr olunan yeni filmin çəkilişləri başlanılıb

Azərbaycanda müharibə mövzusuna həsr olunan yeni filmin çəkilişləri başlanılıb
# 19 oktyabr 2013 14:12 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanda müharibə mövzusuna həsr olunan yeni filmin çəkilişləri başlanılıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, oktyabrın əvvəlindən “Nabat” adlı bədii filmin çəkilişlərinə start verilib. Film dövlət sifarişi əsasında çəkilir. “Nabat” Qarabağ müharibəsi dövrünü əks etdirəcək: “Elçin Musaoğlunun “40-cı qapı” filmi bir çox beynəlxalq festivallarda qalib oldu. İnanıram ki, bu filmin uğurları daha böyük olacaq. Yeni film festival filmidir və çəkilişlər hazırda İsmayıllı rayonunun Həftəsiyab kəndində aparılır”.

Yeni ekran əsərinin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, prodüseri Arif Səfərovdur.

Ekran əsərində baş rolun ifaçısı İrandan dəvət olunan aktrisa Fatimə Motomedareyadır. Filmdə Azərbaycan qadınının şücaəti və qəhrəmanlığından söz açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR