Hövsan qəsəbəsində avtomobil avtobusla toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Hövsan  qəsəbəsində avtomobil avtobusla toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 may 2014 20:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, qəza Hövsan qəsəbəsinin girişində, kanalizasiya sularının axıdıldığı kanalın yaxınlığında baş verib.

“10 BG 728” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil dönmə əməliyyatı edən zaman 132 nömrəli marşrut avtobusunun yoluna çıxıb.

Avtobusla toqquşan minik maşını kanalın qoruyucu dəmir səddinə çırpılıb. Yüngül xəsarət alan “Toyota”nın sürücüsü 3 saylı şəhər klinik xəstəxanasına, avtomobili isə cərimə meydançasına aparılıb. Avtobusda xəsarət alan olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR