ATƏT Gəncədəki Resurs Mərkəzinin fəaliyyətini daha da genişləndirmək istəyir - FOTO

ATƏT Gəncədəki Resurs Mərkəzinin fəaliyyətini daha da genişləndirmək istəyir - <span style="color: red;">FOTO
# 15 may 2013 15:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. “Gəncədə fəaliyyət göstərən “Hüqüq Resurs Mərkəzi”nin fəaliyyətinə ehtiyac artdıqca, onun genişləndirilməsinə ehtiyac yaranır”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşündə bildirib. O, qeyd edib ki, 2009-cu ildən fəaliyyətə başlayan mərkəzə ötən il 603 müxtəlif səpgili müraciət daxil olub.

Mərkəzə müraciət edənlərin 365 nəfəri qadın, 238 nəfəri isə kişidir. Koray Tarqay “Hüquq Resurs Mərkəzi”nin İcra Hakimiyyəti ilə əlaqəli işləməsinin vacibliyini qeyd edib. Səfirin sözlərinə görə, yaxın vaxtlarda mərkəz yeni, daha geniş bir binada fəaliyyət göstərəcək.

Koray Tarqay həmçinin qeyd edib ki, Gəncədə insan alverinin qurbanları üçün yeni sığınacaq evi də fəaliyyətə başlayacaq: “İnsan alveri beynəlxalq problemdir. Bu problem getdikcə böyüməkdədir. Azərbaycanda tranzit ölkədir. Gəncə də bir şəhər olaraq bu problemlə üzləşir. Bu baxımdan da insan alveri qurbanları üçün sığınacaq evinin açılmasına ehtiyac yaranıb. Burada bu problemlə üzləşən qadınlar və uşaqlara yardım ediləcək”.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, onlar şəhərdə vətəndaşların problemlərinin həlli istiqamətində görülən işləri dəstəkləyirlər.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay Gəncədə Baş Polis İdarəsinin rəisi Faiq Şabanovla görüşəcək və müvəqqəti saxlanma təcridxanasındakı şəraitlə tanış olacaq. Səfirin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR