Azərbaycan növbəti dəfə BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib

Azərbaycan növbəti dəfə BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib
# 21 noyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan növbəti dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-Economics”ə verilən məlumata görə, bu barədə qərar BSTA-nın 31-ci Baş Assambleyası çərçivəsində Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinə keçirilən seçkilərdə verilib.

Toplantıda həmçinin Assosiasiyanın yeni fəaliyyət proqramı və 2014-2016-cı illər üçün büdcəsi təsdiq olunub, BSTA-nın prezidenti və xəzinədarı vəzifələrinə, Nəzarət Komissiyası və Büro üzvlüyünə seçkilər keçirilib.

Azərbaycanın yenidən BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə seçilməsi ölkənin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun göstəricisidir.

Ölkənin sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək dəyərləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Eyni zamanda 2011-ci ilin iyun ayında isə Bakıda BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR