Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan mədəniyyəti və incəsənəti seriyasından kitablar nəşr olunub

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan mədəniyyəti və incəsənəti seriyasından kitablar nəşr olunub
# 20 noyabr 2013 16:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi ilə əlaqədar müxtəlif seriyalar üzrə 50 adda kitab nəşr olunmaqdadır. Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan xalqının min illərə dayanan əvəzolunmaz mədəni irsini Polşada tanıtmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan mədəniyyəti və incəsənəti” seriyasından “Kübra Əliyeva - Azərbaycanın xalça sənəti”, “Zemfira Səfərova - Azərbaycan musiqi sənəti”, “Nərminə Tağıyeva - Azərbaycanın bədii parçalar və tikmələri”, “Sevil Sadıqova - Azərbaycanın milli geyim nümunələri”, “Sevil Sadıqova - Azərbaycan zərgərlik nümunələri”, “Rasim Əfəndiyev, Ertəgin Salamzadə - Azərbaycan incəsənəti” kitabları nəşr olunub.

Kitablar Polşa Respublikasının bütün mərkəzi kitabxanalarına və əsas universitetlərinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR