Məhəmməd Cavad Zərif: “İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur”

Məhəmməd Cavad Zərif: “İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur”
# 27 aprel 2014 20:07 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 27-də Tehranda avstriyalı həmkarı ilə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmaya əsasən, danışıqlarda nüvə məsələsindən kənar mövzu müzakirə edilmir: “Müzakirələrin məqsədi İranın dinc məqsədli nüvə proqramıdır. Bu proqram həmişə sülh məqsədli olub, belə də qalacaq. Heç kəs İran raketlərinin nüvə başlıqları daşıdığını iddia edə bilməz. Çünki İran raket və ya digər vasitələrin üzərində yerləşdirilə biləcək nüvə silahı istehsal etmir. Əslində, bu cür iddiaların heç bir əsası yoxdur və məsələnin həllinə də kömək etmir”.

M. C. Zərif deyib ki, İranın nüvə proqramı hərbi mahiyyət daşımır: “Nüvə silahı heç kəsin təhlükəsizliyinə zəmanət vermir, verməyəcək də. Dünyamız və bölgəmiz yalnız nüvə silahından təmizləndiyi gün daha təhlükəsiz olacaq. Bu bizim mövqeyimizdir. İranın ali dini lideri də nüvə silahını və kütləvi qırğın silahlarını qadağan edib, bu mövqe strategiyamızdır. Bizim hərbi doktrinamızda da nüvə silahına yer yoxdur. Ancaq özümüzə məxsus olan xeyli müdafiə proqramlarımız var və biz onlara hər hansı müdaxiləyə icazə verməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR