Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız tərəflərin qarşılıqlı güzəşti əsasında həll oluna bilər” - VİDEO

Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız tərəflərin qarşılıqlı güzəşti əsasında həll oluna bilər” - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 13:20 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin prezidenti Serj Sarkisyan çıxış edib.

APA-nın Strasburq müxbirinin məlumatına görə, Ermənistan prezidenti çıxışında yenə ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı ittihamlar irəli sürüb. Dağlıq Qarabağ münaqişəsi haqda danışan S. Sarkisyan Azərbaycan dövlətini və hökumətini ksenofobiyada, qeyri-proporsional şəkildə silahlanmaqda, Ermənistanı bir nömrəli düşmən elan etməkdə günahlandırıb. O, erməni ziyalılarının azərbaycanlılara yazdığı məktubdan sitat gətirərək Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar üçün sadəcə bir ərazi olduğunu, ermənilər üçün isə müqəddəs vətən olduğunu deyib. S. Sarkisyanın iddiasına görə, Dağlıq Qarabağ Avropanın ayrılmaz hissəsidir və orada demokratik təsisatlar çox yüksək səviyyədə, hətta bəzi qonşu ölkələrdən daha yüksək səviyyədədir.

Ermənistan dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmasının Ermənistan üçün əsas prioritet olduğunu söyləyib və beynəlxalq ictimaiyyətin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib.

Daha sonra AŞPA üzvlərinin suallarına cavab verən Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi haqda ölkəsinin mövqeyini daha ətraflı izah edib: “Bu münaqişə ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz 20 ildir ki, bu istiqamətdə həmsədrlərlə danışıqlar aparırıq. Mən bunu demişəm, bir də deyirəm ki, bu münaqişə yalnız və yalnız tərəflərin qarşılıqlı güzəşti əsasında həll oluna bilər. 2007-ci ildə bizə Madrid prinsipləri adlandırdığımız sənəd təklif olundu və bu sənəd 3 əsas prinsip üzərində qurulub: güc tətbiq etməmək, xalqların öz müqəddəratını təyin etmələri və ölkələrin ərazi bütövlüyü. Biz bu prinsipləri qəbul etdi. Bir qədər fasilədən sonra Azərbaycan da bu prinsipləri qəbul etdiyini bildirdi. Sonra 3 il ərzində Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə intensiv danışıqlar apardıq və 2011-ci ildə artıq hansısa əsas sənədin imzalanacağına ümid olduğunu deyirdilər. Amma sonra Kazanda Azərbaycan yeni - 10 düzəliş gətirdi və biz də bunu təbii ki, qəbul edə bilməzdik. O vaxtdan Azərbaycan müəyyən süni problemlər yaratmağa başladı. Hiss olunur ki, onlar güc tətbiq etmək niyyətindədirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR