ARDNŞ bu ilin əvvəlindən dövlət büdcəsinə 651,5 mln. manat vəsait ödəyib

ARDNŞ bu ilin əvvəlindən dövlət büdcəsinə 651,5 mln. manat vəsait ödəyib
# 13 may 2014 13:53 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin yanvar-aprel aylarında büdcəyə 651 mln. 522 min manat vəsait ödənilib. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 132 mln. 651 min manat və ya 26% çoxdur.

Bundan əlavə, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 180 min manat vəsait köçürüb. Bu, ötən ilin aprel ayı ilə müqayisədə 105 min manat və ya 0,8% çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş 50 mln. 218 min manat təşkil etmişdir ki, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən 154 min manat və ya 0,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR