ABŞ-ın şərqində baş verən tornadoda 13 nəfər xəsarət alıb

ABŞ-ın şərqində baş verən tornadoda 13 nəfər xəsarət alıb
# 08 aprel 2014 03:17 (UTC +04:00)

Bakı – APA. Şimali Karolina ştatında yerləşən Belheyven şəhərində baş verən tornado nəticəsində 13 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət bir neçə yaşayış evinə ziyan vurub, elektrik xətlərini sıradan çıxarıb, çox sayda ağacları qırıb, 4 yol-nəqliyyat qəzasına səbəb olub.

Onlardan birində qasırğa hərəkətdə olan yük avtomobilini 10 m-dən artıq yüksəkliyə qaldıraraq yerə çırpıb. Avtomobildə olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR