Cəmil Həsənli Milli Şuradan istefalara münasibət bildirib

Cəmil Həsənli Milli Şuradan istefalara münasibət bildirib
# 27 yanvar 2014 09:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın sədri Cəmil Həsənli qurumdakı istefalara münasibət bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının qurumdan istefasından sonra, “EL” Hərəkatı funksionerlərinin əksəriyyəti Milli Şuradan istefa verib. Hərəkatın sədri, Milli Şuranın üzvü Eldar Namazov da qurumu tərk etdiyini açıqlayıb.

C. Həsənli isə APA-ya açıqlamasında Milli Şurada baş verən istefalara normal yanaşdığını deyib: “Quruma kimsə gələ bilər, kimsə gedə bilər. Hesab edirəm ki, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Milli Şurada kifayət qədər yetkin, çevik, milli-mənəvi həyatda rolu olan adamlar var. Düşünürəm ki, bu yetərlidir. Milli Şuraya yeni adamların da gəlmək ehtimalı var”.

O, E. Namazovun istefasına da münasibət bildirib: “Eldar Namazov “EL” Hərəkatını yenidən qurmaq, partiyalaşdırmaq, işlərini bu istiqamətə yönəltmək məqsədilə qurumdan istefa verib. İnanıram ki, o bu sahədə əlindən gələni edəcək”.

Qurumdakı istefaların Müsavat Partiyası ilə əlaqəsi olub-olmadığına gəldikdə isə, C. Həsənli bu barədə danışmaq istəmədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR