ATƏT Ukraynada hakimiyyətlə müxalifətin razılığa gəlməsini alqışlayıb

ATƏT Ukraynada hakimiyyətlə müxalifətin razılığa gəlməsini alqışlayıb
# 21 fevral 2014 22:17 (UTC +04:00)

ATƏT-in mətbuat xidmətindən APA-ya göndərilən məlumata görə, D.Burqxalter bildirib ki, bu razılaşma Ukraynada zorakılığın və münaqişənin dayandırılması istiqamətində vacib addımdır. O hər iki tərəfi razılaşmanın müddəalarını yerinə yetirməyə çağıraraq, bildirib ki, ATƏT ölkəyə əlindən gələn yardımı göstərməyə hazırdır.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok arasında imzalanan sazişin mətni açıqlanıb.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, tərəflər razılığa gəlib ki, kütləvi aksiyaların iştirakçıları inzibati binaları, küçə və meydanları boşaltmalı, əllərindəki qanunsuz silahları 24 saat ərzində dövlət orqanlarına təhvil verməlidirlər.

Tərəflər silah tətbiqindən imtina edəcəklərini və ölkədə fövqəladə vəziyyətin tətbiq olunmayacağını bildiriblər. Ali Rada aksiyalar zamanı saxlanılanların və hüquq pozuntularına yol verənlərin amnistiyası haqqında üçüncü dəfə qanun qəbul edəcək. Avropa Şurasının iştirakı ilə güc strukturlarının yol verdiyi zorakılıq aktları araşdırılacaq.

Sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR