Siyəzəndə bir nəfər güllələnib

Siyəzəndə bir nəfər güllələnib
# 25 noyabr 2013 10:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Siyəzəndə silahlı insident olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 25-də Siyəzən rayonu Həmyə kəndinin ərazisində qeydə alınıb. Rayon sakini Tural Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən həmyerlisi Nazim Hüseynov xəsarət alıb.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T. Mustafayevdən bir ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR