Gəncənin ikinci hissəsinə qazın verilişi dayandırılıb

Gəncənin ikinci hissəsinə qazın verilişi dayandırılıb
# 06 mart 2014 12:13 (UTC +04:00)

Gəncə. Azər Məmədli - APA. Dünəndən etibarən Gəncənin ikinci qaz xəttindən yararlanan abonentlərə təbii qazın verilişi dayandırılıb.

Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibovun APA-nın qərb bürosuna verdiyi məlumata görə qazın verilişinin dayandırılması şəhərin ikinci qaz xəttində yaranan qəza hadisəsi ilə bağlıdır.

Ş.Nəsibov bildirib ki, hazırda qurumun təmir briqadaları borularda təmir işləri aparmaqla məşğuldur. Müsahib bu gün axşam saatlarına kimi qaz verilişinin bərpa ediləcəyini bildirib.

Məlumata görə təxminən 3 min abonent təbii qazsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR