Ermənilərin də daxil olduğu dəstə Rusiyaya 100 milyon rubldan artıq ziyan vurub

Ermənilərin də daxil olduğu dəstə Rusiyaya 100 milyon rubldan artıq ziyan vurub
# 18 iyul 2013 04:45 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Primorsk diyarında «qara odunçular» adı ilə tanınan dəstənin lideri həbs olunub. APA-nın məlumatına görə, dəstə üzvləri qanunsuz olaraq meşələri qıraraq ağac məhsullarının xarici dövlətlərə göndərilməsi ilə məşğul imiş. Rusiya DİN-in məlumatına əsasən, dəstə 100 milyon rubldan (3,3 milyon ABŞ dolları) artıq hökumətə ziyan vurub.

Yerli sakinlərdən əlavə qrupa Ermənistan və Çin vətəndaşları da daxil olublar. Onlar yalnız qiymətli ağac növləri – palıd, göyrüş, sidrləri kəsirmişlər. Dəstənin özünün emalatxanaları da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR