Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin tədbirlərinə qatılacaqlar

Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin tədbirlərinə qatılacaqlar
# 21 oktyabr 2013 16:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputat Musa Quliyev Türkiyəyə gediblər.

Parlamentdən APA-ya verilən məlumata göprə, deputatlar İstanbulda keçiriləcək QDİƏT PM-nin Daimi Komitəsi üzvlərinin QDİƏT-in yüksək vəzifəli şəxsləri ilə görüşündə iştirak edəcəklər. Tədbirdə qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Oktyabrın 23-də deputat A.Hacıyev IV Beynəlxalq Qara Dəniz İqtisadi Forumunda iştirak etmək üçün Ukraynanın Yalta şəhərinə yola düşəcək. Toplantıda regionun makroiqtisadi vəziyyəti, gələcək inkişaf perspektivləri, Qara dəniz bölgəsinin qazla təminatı və digər məsələlər müzakirə olunacaq.

Oktyabrın 26-da isə A.Hacıyev QDİƏT Parlament Məclisinin xətti ilə Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Burada o, seçki prosesini yaxından izləyəcək. Səfər oktyabrın 28-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR