İsrailin baş naziri Benyamin Netanyahu İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

İsrailin baş naziri Benyamin Netanyahu İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 14 oktyabr 2013 13:28 (UTC +04:00)

APA-nın məlumatına görə, B. Netanyahu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə B. Netanyahuya minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik, bu ölkənin kommunikasiya və nəqliyyat naziri Damir Hadziç, İordaniya Senatının sədri Tahir Əl-Masri də Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR