Elmar Məmmədyarov Filipp Lefortu qəbul edib

Elmar Məmmədyarov Filipp Lefortu qəbul edib
# 27 yanvar 2014 15:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu xüsusi nümayəndə kimi missiyasının başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə AB arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub. Nazir iki tərəf arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının vacibliyini vurğulayıb.

E. Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə də məlumat verib. O, Filipp Leforta gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR