DSX-nin Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışı olub - FOTOSESSİYA - VİDEO

DSX-nin Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 yanvar 2014 09:50 (UTC +04:00)

Şəmkir. Rəşad Süleymanov - APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin (SD) yeni inşa olunmuş qarnizonunun açılışı olub.

APA-nın xəbərinə görə, tədbirdə DSX rəisi Elçin Quliyev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov da iştirak edib.

SD-nin komandiri Səmid Cəfərov bildirib ki, yeni inşa olunan qarnizonun xidməti və yaşayış sahəsi 22 ədəd binalar kompleksi, o cümlədən 106 mənzilli yaşayış sahəsindən ibarətdir. Burada xidmət üçün bütün şərait mövcuddur. Hərbi texnika parkı inşa olunub, ideoloji mərkəz yaradılıb.

Açılışda çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev qeyd edib ki, son illərdə Şəmkir SD-də 20 mindən çox sərhəd pozucusu, külli miqdarda qaçaqmal tutulub. SD-nin Ermənistanla cəbhə xətti və Gürcüstan sərhədinin birləşdiyi ərazidən başladığını, Gürcüstanla sərhədin 190 kilometrini mühafizə etdiyini bildirən DSX rəisi “cəbhə xətti ilə təmasda olmaq şəxsi heyətin daim döyüş hazırlığını yüksək səviyyədə saxlamasını şərtləndirir”, - deyə vurğulayıb.

E. Quliyev deyib ki, digər bölgələrdə də müasir tipli hərbi hissə, yaşayış kompleksləri inşa olunur. Bu il ərzində sərhəd mühafizəsi üzrə yeni sistemlərin tətbiqi nümayiş etdiriləcək.

Daha sonra binalara baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR