Qahirə ətrafında islamçılarla yerli sakinlər arasında toqquşmalar olub

Qahirə ətrafında islamçılarla yerli sakinlər arasında toqquşmalar olub
# 28 iyul 2013 03:40 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar”ın tərəfdarları axşam namazından sonra şəhərdə yürüş etməyə qərara gəliblər, lakin onların yolunu onlarla yerli sakin aksiyanın qarşısını almağa çalışıb. Tərəflər toqquşma zamanı bir birilərinə “molotov kokteyli”, daş atıb və hətta odlu silahdan atəş açıblar.

İğtişaşlara polis müdaxilə edib. Üzərində kustar yolla hazırlanmış ov tüfəngi aşkarlanan iki islamçı saxlanılıb. Yerli sakinlər islamçıları hərbçilər gələnədək məscidlərin birinə sıxışdıraraq saxlaya biliblər.

Bu arada Misirin səhiyyə nazirliyi iyulun 27-də baş vermiş toqquşmalarda ölənlərin sayının 80-ə çatdığını bildirib. Onlardan 72-si paytaxt Qahirədə ölüb. İğtişaşlar zamanı 800-dək insanın yaralandığı bildirilir.

Xatırladaq ki, iyulun 26-dan 27-nə keçən gecə Qahirənin “Rəba əl-Adauiyyə” məscidinin qarşısında fasiləsiz etiraz aksiyası keçirən yüzlərlə islamçı mərkəzi yollardan birini bağlayıb. Polis aksiyaya müdaxilə etmək istədikdə, etirazçılar asayiş keşikçilərinə yandırıcı maye ilə doldurulmuş şüşə qabları ataraq, ov tüfəngləri və avtomat silahlardan atəşə tutub.

Misir DİN-in rəsmi nümayəndəsi islamçıların polisin ünvanına səsləndirdiyi ittihamlarını qəti şəkildə təkzib edərək hadisəyə görə bütün məsuliyyəti Məhəmməd Mursi tərəfdarlarının üzərinə qoyub. Onun sözlərinə görə, polis iğtişaşların qarşısını almaq üçün yalnız gözyaşardıcı qazdan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR