Donetskdə Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi tələbi ilə aksiya keçirilib

Donetskdə Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi tələbi ilə aksiya keçirilib
# 30 mart 2014 03:29 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.

Aksiya iştirakçıları Donbasın taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər.

Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.

Qeyd edək ki, bu gün də Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR