Şabranda iki maşın toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Şabranda iki maşın toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 may 2014 07:19 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində “Mercedes” və "Nissan" markalı minik avtomobilləri toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb, “Mercedes” markalı avtomobilin sürücüsü isə ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralını, habelə “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR