Ağdamda avtomobilin vurduğu 4-cü sinif şagirdi xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB

Ağdamda avtomobilin vurduğu 4-cü sinif şagirdi xəstəxanada dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 21 iyun 2014 09:09 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 4-cü sinif şagirdi Abışov Vüsal Elman oğlunu həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

***

20 İyun saat 19:20

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun Əhmədağalı kəndində 11 yaşlı uşağı maşın vurub.

Apa-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Əhliman Vəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə sözügedən kənddə yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub.

Sürücü bədən xəsarəti alan azyaşlını dərhal Ağdam MRX-ya çatdırıb. Yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR