Sığorta şirkətinin sabiq baş mühasibinə hökm oxunub

Sığorta şirkətinin sabiq baş mühasibinə hökm oxunub
# 10 fevral 2014 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N.Zeynalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Zeynalov ASC-yə məxsus 224 843 manat məbləğində pulu mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR