Yəməndə gəminin batması nəticəsində 12 nəfər ölüb

Yəməndə gəminin batması nəticəsində 12 nəfər ölüb
# 02 fevral 2014 03:48 (UTC +04:00)

Bakı-APA. Yəmən sahili yaxınlığında yük gəminin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Yəmən DİN-in açıqlamasına əsasən, qəza nəticəsində Hindistanın 12 vətəndaşı həlak olub. İnsident nəticəsində gəminin bütün ekipajı ölüb.

Qeyd edək ki, avtomobil ehtiyat hissələri və təkərləri daşıyan gəmi yanvarın 30-da Əl-Şəhər şəhəri yaxınlığında saya oturub. Gəmi 10 saat sonra xilasetmə qüvvələri tərəfindən aşkarlanıb, lakin hava şəraiti səbəbindən gəminin ekipajını xilas etmək mümkün olmayıb.

DİN-dən bildirilib ki, gəmi BƏƏ-dən Yəmənin Əl-Mukalla limanına üzürmüş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR