Los Ancelesdə 20 Yanvar faciəsi anılıb - FOTOSESSİYA

Los Ancelesdə 20 Yanvar faciəsi anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 21 yanvar 2014 08:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda 1990-cı ilin 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, Amerika Yəhudi Komitəsinin Los Anceles nümayəndəliyinin rəhbərləri, yerli universitetlərin professorları, icma üzvləri və digərləri iştirak ediblər.

Mərasim iştirakçıları faciənin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer Qara Yanvar faciəsi barədə fikirlərini bölüşüb, bu qanlı qətliamın SSRİ-nin süqutunun başlanğıcını təşkil etdiyini bildirib. Bu qanlı faciə barədə dünya birliyinə hər hansı məlumatın ötürülməməsi üçün Sovet rejiminin Azərbaycanı informasiya blokadasına aldığını bildirən natiq, “National Geographic” jurnalının məşhur fotoqrafı Reza Deqatinin SSRİ dövlət orqanlarından gizli şəkildə həmin qanlı günlərdə Bakıya gedərək, bu faciəni necə işıqlandırması və dünyanı məlumatlandırması barədə danışıb. Çıxışdan sonra CNN telekanalının R.Deqatidən Bakıda götürdüyü müsahibə nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları faciəni əks etdirən foto-sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR