Dövlət Komitəsi: Azərbaycanda geni dəyişdirilmiş məhsullarla bağlı tənzimləyici normativ aktın olmaması nəzarət prosesinə mane olur

 Dövlət Komitəsi: Azərbaycanda geni dəyişdirilmiş məhsullarla bağlı tənzimləyici normativ aktın olmaması nəzarət prosesinə mane olur
# 07 iyun 2013 07:56 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq geni dəyişdirilmiş məhsulların sınaqlarını həyata keçirən laboratoriya qurulub və fəaliyyətə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, laboratoriyanın əməkdaşları xarici ölkələrdə təlimlər keçərək beynəlxalq sertifikatlarla təmin ediliblər: «Artıq laboratoriya tam işlək vəziyyətə salınıb».

Bununla yanaşı, komitə təmsilçisi bu sahədə qanunvericilik aktının olmamasından narahatlığını bildirib: «Yaxşı olar ki, yaxın zamanlarda geni modifikasiya olunmuş məhsullar haqqında qanun layihəsi qəbul olunsun. Belə qanun layihəsi beynəlxalq layihə əsasında yaradılıb».

Kmitə rəsmisi vurğulayıb ki, müvafiq qanunvericiliyin tam olmaması bu sahədə geniş fəaliyyətə imkan vermir: «Azərbaycanda müvafiq tənzimləyici normativ aktının olmaması bu sahəyə nəzarət edilməsinə mane olur».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR