Azərbaycanda maşın körpüdən kanala düşüb - FOTOSESSİYA - VİDEO

Azərbaycanda maşın körpüdən kanala düşüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 may 2014 09:10 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 7.00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb.

Zərdab rayon sakini Babək Bəşirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb.

Hadisə zamanı avtomobildə sürücü və iki nəfər sərnişin olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə zamanı minik maşını yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR