Moldovalı deputat: “Seçkilər demokratik qaydada və qanun çərçivəsində həyata keçirilir”

Moldovalı deputat: “Seçkilər demokratik qaydada və qanun çərçivəsində həyata keçirilir”
# 09 oktyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçkilər sona çatmamış bu barədə danışmaq bir az çətindir. Onu deyə bilərəm ki, təşkilatçılıq yüksək səviyyədədir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Moldova parlamentinin üzvü Yuri Bolbacanu deyib.

Onun sözlərinə görə, bu gün 5 seçki məntəqəsində səsvermə prosesini izləyiblər: “Seçki sakit mühitdə davam edir. Hər kəs öz işini görür. Hətta qanuna əsasən polislərin seçki məntəqəsindən 100 metr uzaqda durmalı olduqlarını nəzərə alaraq sırf bu məsələyə diqqət yetirdik və gördük ki, doğrudan da onlar məntəqədən 100 metr məsafədə dayanıblar. Bu fakt mənə deməyə haqq verir ki, seçkilər demokratik qaydada və qanun çərçivəsində həyata keçirilir”.

Y.Bolbacanu daha əvvəl də Bakıda olduğunu, lakin seçki prosesində iştirak etmədiyini söyləyib: “Digər ölkələrlə fərqə gəldikdə, demək istəyirəm ki, mütləq demokratiya adlı bir anlayış yoxdur. Lakin digər ölkələrdə gördüklərimi nəzərə alaraq deyə bilərəm ki, buradakı seçkilər demokratik şəraitdə keçir. Azərbaycanın qonaqpərvərliyi də digər ölkələrlə müqayisədə özünü aşkar göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR