Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
# 17 oktyabr 2013 10:18 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib: “Notanı dünən təqdim etmişik”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Dojd” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan tərəfi O.Zeynalovun vəkillərlə və lazım gələrsə, tərcüməçi ilə təmin olunmasını tələb edir: “Əgər Zeynalovun qətldə iştirakı təsdiqlənərsə, o, ən yüksək cəzaya layiqdir”.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR