Xalq artisti Nəzakət Teymurova Samsunda konsert verəcək

Xalq artisti Nəzakət Teymurova Samsunda konsert verəcək
# 22 may 2013 11:06 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Xalq artisti, xanəndə Nəzakət Teymurova Türkiyənin Samsun şəhərində konsert verəcək. Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, konsert iki gün davam edəcək. Konsert Samsunda keçirilən “ Samsun Beynəlxalq Musiqi və Səhnə Sənətləri ” festivalı çərçivəsində baş tutacaq.

Xalq artistinin sözlərinə görə, konsertə hazırlıq prosesi artıq başlayıb: “Məşqlərimiz artıq başlayıb. Azərbaycan muğamlarından ibarət konsert proqramı hazırlayırıq”.

Qeyd edək ki, xanəndəni səhnədə xalq artisti Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR