Azərbaycan prezidenti Qobustan rayonunda avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Qobustan rayonunda avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
# 04 dekabr 2013 16:07 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR