Sabah Vyanada İranla “altılıq” ölkələri arasında üç həftə sürəcək nüvə müzakirələri başlayır

Sabah Vyanada İranla “altılıq” ölkələri arasında üç həftə sürəcək nüvə müzakirələri başlayır
# 01 iyul 2014 11:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sabah Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, budəfəki danışıqlar üç həftə davam edəcək. Müzakirələrdə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns də iştirak edəcək.

Qeyd edək ki, ötən il noyabrın 24-də İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılığa əsasən yekun nüvə anlaşmasının imzalanması üçün tərəflərin iyulun 29-dək vaxtı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR